Silahlı Qüvvələrimiz, Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfərimizin memarına çevrilmişdir!

Gündəm / Cəmiyyət
26-06-2024, 15:04 1 184

İlk olaraq qeyd edim ki,düz 25 (iyirmi beş) il əvvəl Vətəninin və qədirbilən xalqının Xilaskarı, Müasir AZƏRBAYCANIN memarı Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır.Öz uzaqgörənliyini bu məsələdə də açıq-aydın göstərən Ulu Öndər öz əsrindən də sonranı görmüş və hesablamışdır. Silahlı Qüvvələrimizin əsas tərkibi olan, XTQ-n yaradılması 44 günlük Vətən müharibəsindəki Ümummilli Zəfərimizdə də özünü göstərdi. Ali Baş Komandan, Prezident İlham Əliyevdə XTQ-ə çox yaxından və böyük diqqət yetirir. Ümumiyyətlə Silahlı Qüvvələrimizin fəaliyyətinə, təchizatına,gündəlik idman məşqlərinə mütəmadi olaraq nəzarət olunur. Ümumiyyətlə 1993-1994 cü ildən sonra, xüsusilədə 44 günlük Vətən müharibəsindən sonra ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdən hesab olunmuş və buna əsasən Ordu hazırlığına diqqət yetirilmişdir.Belə ki, Silahlı Qüvvələrimizdə əlbəyaxa döyüş, dərin kəşfiyyat, diversiya Qrupu halında düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə çox güclü, dünyanın böyük, hərbi baxımnan güclü ölkələri ilə müqayisə olunan təlimlər keçirilməkdə
dir.Şübhəsiz ki, Silahlı Qüvvələrimizin bu cür yetişməsində və istənilən müharibədən zəfərlə ayrılmasında Qardaş ölkə Türkiyənin böyük rolu vardır.Mən mübaliğəsiz deyərdim ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti, Ali Baş Komandan İlham Əliyevin yüksək hərbi savadl rəhbərliyi altında, istər 2016 -cı ilin 2 Aprel döyüşlərində, həmçinin Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsində hərb tariximizə yeni Qəhrəmanlıq səhifələri yazdılar.Silahlı Qüvvələrimizin tərkib hissəsi olan, XTQ-lər böyük ustalıqla hazırlanmış əməliyyatların,ilk növbədə-də Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynadılar.Peşəkarlıqla bərabər,burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdən olmuşdur.Qeyd edim ki,həm 2Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin mənsubları döyüş tapşırıqlarını böyük uğurla və qəhramanlıqla yerinə yetirdiklərinə görə dövlət başçısı İlham Əliyevin sərəncamları ilə müxtəlif fəxri adlara layiq görülüblər və orden, medallarla təltif olunublar.
Onuda qeyd edim ki,Azərbaycan Silahlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalarlada təciz olunmuşdur.Onların sırasınd
a müxtəlif çaplı snayper silahları, pulemyotlar, tapançalar, tank əleyhinə idarəolunan raket kompleksləri, qumbara və qumbaraatanlar, duman yaradan vasitələr, daşınan və əl radiostansiyaları, GPS və sair mövcuddur.Qürurla yazıram ki, Yerli sənayemizində istehsal etdiyi məhsullar-silahlar da Silahlı Qüvvələrimiz tərəfindən döyüşlərdə uğurla istifadə olunmuşdur
.Fərəhləndirici haldır ki,44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də, ölkəmizdə Ordu quruculuğu prosesi yeni reallığa çevrilmişdir.Ümumilikdə mövcud Qoşun növlərinin varlığı və inkişafı, yenisinin müasir formada, beynəlxalq standarta uyğun yaradılması, bu prosesin tərkib hissəsi hesab olunmalıdır.44 günlük Vətən müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi, eyni zamanda, müxtəluf, yeni Qoşun Qüvvələrinin yaradılması, həm də o deməkdir ki, ölkəmiz bölgədəki istənilən hərbi oyuna, ssenariya hazırdır.
Bu günkü, Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə ilk öncə Qətiyyətli və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi və Qüdrətli Silahlı Qüvvələrimizin bütün heyyətini səmimi-qəlbdən təbrik edirəm və uğurlar arzu edirəm!
Sonda əminliklə qeyd edirəm ki, təcrübəli və hazırlıqlı Silahlı Qüvvələrimiz, cənab Ali Baş Komandan, Qətiyyətli Lider İlham Əliyevin mükəmməl siyasi-hərbi biliyi və rəhbərliyi ilə, həmişə olduğu kimi,bundan sonrada istənilən hərb meydanında ləyaqət, şərəf, şücayət və ədalət davranışı göstərməklə Şanlı Zəfərimizin memarı olacaqdır!


YAP Saatlı rayon təşkilatı,15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov.