Misir Mərdanovun qardaşı ustaların pulunu vermir - ŞOK VİDEO

Gündəm / Ölkə
Bu gün, 09:54 45

Bugünlərdə redaksiyamıza eks Təhsil Naziri Misir Mərdanovun qardaşı keçmiş polis rəisi Əli Mərdanov barəsində video şikayət daxil olub.

Şikayətin məzmunu ondan ibarətdir ki , Siyəzən rayonunda yerləşən Əli Mərdanova məxsus "Qala park" otelin fasad və digər işlərini görən ustalar , Adilsoy Vüsal , Ələkbərov Rasim , Səmədov Ruslan öz əmək haqqlarını almaq üçün qapılarda qalmalı olublar.

Onları Siyəzən rayonunda işləməyə aparan Mahir adlı şəxs isə yağlı əppək olub yoxa çıxıb. Çarəsiz qalan ustalar saytımız vasitəsilə dərdlərini ictimailəşdirmək üçün video müraciət yollayıblar.

Qeyd edək ki , şikayət edən ustalardan biri Səmədov Ruslan 44 günlük vətən savaşında iştirak edib . Suqovuşanın alnması, Ağdam
Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub orden və medallarla təltif olunub. Ümid edirik ki , adıçəkilən ustalar bu məqaləmizdən sonra öz halal əmək haqlarının alınmasına nail olarlar.(Teref)

Qeyd : Fotodakı Mahir adlı şəxsdir. Ustaları işləməyə o aparıb.